Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Naxçıvanda bu ilin 8 ayında 454 daimi yeni iş yeri açılıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 454 daimi yeni iş yeri açılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "X" hesabında paylaşım edib.

Ardını oxu...

Tələbələr istehsalat təcrübəsi keçir

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat" ixtisası üzrə qiyabi şöbəsinin V kurs tələbələri istehsalat təcrübəsinə cəlb olunublar.

Təcrübə müddətində tələbələrə Nazirliyin müxtəlif struktur bölmələrinin işi ilə yaxından tanışlıq imkanı yaradılır, iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən mövzular barədə məlumat verilir. 

Ardını oxu...

Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Oktyabrın 10-da Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib. Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdikləri iclasda Proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.

Ardını oxu...

Naxçıvanlı sahibkarlar yeni tərəfdaşlar axtarışında

11-14 oktyabrda Türkiyənin İstanbul şəhərində yerləşən TÜYAP Sərgi Mərkəzində keçiriləcək “28-ci Avrasiya Beynəlxalq Paketləmə Sənayesi Sərgisi”ndə naxçıvanlı sahibkarlar da iştirak edəcək.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Badamlı Mineral Sular” MMC, “Ləzzər Biskvit və Şokolad Fabrikli” MMC, “Ləzzət Broyler” MMC, Babək “Sirab” ASC-nin nümayəndələri sərgidə müxtəlif çeşiddə qablaşdırma avadanlıqları ilə tanış olacaqlar. Naxçıvanlı sahibkarlar əməkdaşlıq edə biləcək şirkətlərlə görüşlər keçirəcək və perspektivli əməkdaşlıq imkanları barədə müzakirələr aparacaqlar.

Ardını oxu...

Ordubad rayonunda sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılacaq

Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər barədə məlumatlandırmaq üçün maarifləndirmə tədbirlərinə başlanılıb.

 Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə  təşkil olunan növbəti belə tədbir  oktyabrın 12-də Ordubad rayonunda təşkil olunacaq. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Ordubad rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak edəcək.

Ardını oxu...

Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərir

  Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində ilkin olaraq muxtar respublikada istehsal edilən ixrac potensiallı məhsullar müəyyənləşdiriləcək, məhsulların vahid reyestr və rəqəmsal kataloqu hazırlanacaqdır. Eyni zamanda ölkə daxilində və xaricdə keçirilən beynəlxalq  sərgilərdə, müxtəlif ölkələrdə olan Ticarət evlərində Naxçıvanda istehsal edilən məhsulların nümayişi təşkil olunacaq, həmçinin xarici tərəfdaşların tapılması istiqamətində işlər aparılacaqdır. 

Ardını oxu...

İnvestisiya təşviqi sənədi nədir və nə üçün verilir?

Ən çox verilən suallar

1. İnvestisiya təşviqi sənədi nədir?

-Hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Ardını oxu...

Sahibkarlar Omanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunur

Cari ilin 25-28 oktyabr tarixlərində Omanın Muskat şəhərində 1-ci Beynəlxalq Xurma və Bal Sərgisi keçiriləcək. Naxçıvan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.

 Omanın Milli İnkişaf və İnvestisiya Şirkəti tərəfindən keçiriləcək ilk Beynəlxalq Xurma və Bal Sərgisində yerli və xarici bal istehsalçıları, o cümlədən yerli fermerlər və KOB-ların məhsulları nümayiş olunacaq.

Ardını oxu...

Sahibkarlarla görüş olub

Bu gün Naxçıvan Biznes Mərkəzində Azərbaycan Korporativ İş Adamları Birliyinin sahibkarlarla görüşü təşkil olunub.

Görüşdə əvvəlcə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyin şöbə müdiri Xudakərim Məmmədov görüşün məqsədi haqqında iştirakçılara məlumat verib.

Sonra Azərbaycan Korperativ İş Adamları Birliyinin icraçı direktoru Vəfadar Babayev təmsil etdiyi qurumun fəaliyyət və məqsədləri haqqında danışıb.

Ardını oxu...

Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) Naxçıvan sahibkarlar ilə görüş keçirəcək

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) sahibkarlarla görüşü təşkil olunacaq.

Görüşdə Azərbaycan Korporativ İş Adamları Birliyinin icraçı direktoru Vəfadar Babayev təmsil etdiyi qurumun fəaliyyət və məqsədləri haqda ətraflı məlumat verəcək.

Ardını oxu...

 
Dekabr 2024
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
833578
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
375
762
6719
833578

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915