Qida və xidmət sektoru üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı sahibkarlarla görüş olub. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri, Tapdıq Əliyev açıb. Qeyd olunub ki, təbii ehtiyatlardan səmərəli istifаdə еtməklə iqtisаdiyyаtın sürətli inkişаfını təmin еtmək, əhаlinin güzərаnını və məşğulluğunu dаhа dа yахşılаşdırmаq bахımındаn sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qəbul olunmuş dövlət proqramlarına uyğun оlаrаq Nахçıvаn Muхtаr Rеspublikаsındа yеni-yеni istеhsаl, xidmət sаhələri yаrаdılmış, yеni sоsiаl və infrаstruktur оbyеktləri istifаdəyə vеrilmiş və yа əsаslı bərpа еdilmiş, tikinti-еnеrgеtikа kоmplеksi hərəkətə gətirilmiş, irimiqyаslı suvаrmа-mеliоrаsiyа tədbirləri həyаtа kеçirilmişdir.
May ayının 17-19-u tarixlərində Bakı Ekspo Mərkəzində sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, mərasimdə qurumun rəisi Orxan Nəzərli, muxtar respublikanın baş naziri Səbuhi Məmmədov, Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov iştirak edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsi üzrə IV kurs tələbələri “Badamlı” Mineral Sular Zavodundaistehsal prosesi ilə tanış olublar.
Naxçıvanda bir sıra xidmətlər Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi haqqında Fərman imzalayıb.
Mayın 1-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinə gül dəstələri qoyub və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Naxçıvan Biznes Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi və ərzi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin IV kurs tələbələri Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.
21 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 8 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.
Aprelin 24-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və nazirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar. Görüş zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də ölkədə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyəti, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, sənaye parkında yerləşən bir çox müəssisənin istehsal etdiyi məhsullar "Made in Azerbaijan" brendi altında dünya bazarlarına çıxarılır.
Naxçıvanda ixrac potensiallı məhsul istehsal edən müsəssisələrin nümayəndələrinin iştirakı ilə "İSO Beynəlxalq İdarəetmə Standartları əsasında sertifikatlaşdırma, ixrac qabiliyyətli məhsulların əmtəə nişanlarının mühafizəsi və beynəlxalq sistem vasitəsi ilə qeydiyyatı" mövzularında maarifləndirici seminar keçirilib.