Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Biznes Mərkəzində sərgilənən yerli istehsal məhsulları ilə əyani tanış olublar. Məlumat verilib ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 55 sahibkarlıq subyektinin, 102 müəssisənin 171 adda 1330 çeşiddə məhsulları nümayiş olunur. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Novruz bayramı ərəfəsində Naxçıvanda bayram yarmarkası təşkil olunacaq. Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, kənd təsərrüfatçıları üçün alternativ satış kanalı təşkil etməkdir.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyevlə birlikdə Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
Novruz bayramı ərəfəsində Naxçıvanda bayram yarmarkası təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda baş tutacaq yarmarka martın 13-dən 19-dək davam edəcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib.Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirdiki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb. Onlar ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməklə Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim əzmlə çalışırlar.
Naxçıvan Muxtar Respublika İqtisadiyyat Nazirliyinin “Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş” şöbəsinin əməkdaşı Əhəd Məmmədovun 65 yaşı tamam olub.
Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını tələb edir. Ona görə də bu sahədə mühüm addımlar atılır, daxili bazarın keyfiyyətli məhsullarla təminatına ciddi diqqət yetirilir.
Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi seminar keçirib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Aqil Qəribov açaraq dövlət-özəl əməkdaşlığın bir nümunəsi kim belə görüşlərin əhəmiyyətini vurğulayıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumlarla əməkdaşlığın iqtisadiyyatının inkişafına töhfə verəcəyi qeyd edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi muxtar respublika dövlət satınalmalarının şəffaflaşdırılması, satınalmaların sahibkarlıq subyektləri üçün əlçatanlığının daha da artırılması, sağlam rəqabət mühitinin yaradılması üzrə tədbirlərini davam etdirir, bu istiqamətlərdə aidiyyəti qurumlarla əməkdaşlığını genişləndirir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsinə başlayıb.