Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin və digər satınalan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmalarının təşkili” mövzusunda təlimlərə başlanılıb.
Fevralın 15-də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında onlaynm görüş keçirilib.
Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir. Bu baxımdan son dövrlərdə neftdən əldən edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyildir. Artıq bu istiqamətdə çox mühüm və ardıcıl layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq müasir istehsal sahələrinin yaradılması və istifadəyə verilməsi iqtisadiyyatın gücləndirilməsinə xidmət edir. Bu da ölkədə rəqabətədavamlı və keyfiyyətli məhsullar istehsal etməyə geniş imkanlar açır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.
Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Fevralın 8-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib.
Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Babək rayonunun Vayxır kəndində kompleks quruculuq işləri aparılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün həmin kənddə məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Babək rayonunun Vayxır kənd tam orta məktəbinin müəllim və şagird kollektivi qış tətilindən sonra tədrisi daha müasir şəraitdə davam etdirirlər. Kənd məktəbinin binası yenidənqurmadan sonra istifadəyə verilib.