Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyətli toxumluq kartofun satışına başlanılıb.
Sənaye müasir iqtisadiyyatın əsas özəyini təşkil edir. İstehsala əsaslanan bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı bir uğurdan bəhs etmək mümkün deyil. Cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən sənayenin vəzifəsi mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə təqdim etməyə əsaslanır. Bu isə məişətimizdə gündəlik istifadə etdiyimiz maddi və qeyri-maddi məhsulların həyatımızda necə mühüm bir yerə malik olmasını təsdiq edir.
Xarici ticarət sosial-iqtisadi tərəqqi tempinə təsir göstərən əsas vasitələrdən biridir. Odur ki, hər bir dövlət imkan daxilində xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsinə xüsusi önəm verir. Başqa bir müsbət cəhət xarici ticarətin yerli iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına təsir göstərməsi, əsas stimullaşdırıcı faktorlardan birinə çevrilməsidir.
Bu gün muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinin anbarlarında və digər ərzaq anbarlarında mövcud olan ehtiyat əhalinin əsas ərzaq məhsullarına olan tələbatını 3 aydan 6 ayadək ödəmək iqtidarındadır. Hal hazırda anbarlarda olan kənd təsərrüfatı məhsulları yeni-mövsümi məhsullar istehsal olunanadək əhalinin tələbatını tam ödəyəcəkdir.
Ordubad rayon Vənənd kəndində “Arıxanalarda yaza hazırlığın həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilmişdir. Müşavirədə bildirilmişdir ki, muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə mühüm tədbirlər həyata keçirilir. Arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.