Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılmış, mağazaların ərzaqla normal təminatına diqqət artırılmış, aid qurumlarla birlikdə ehtiyatların yaradılması istiqamətində işlər aparılmışdır.
Qida Təhlükəsizliyi Agentliyi koronavirus infeksiyasından (COVID-19) qorunmaq üçün ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlara dair maarifləndirici material yayıb.
Maarifləndirici materialda əhaliyə alış-veriş üçün sıxlığın nisbətən az olduğu saatlara üstünlük vermələri tövsiyə olunub. Həmçinin kassa qarşısında növbədə olarkən digər şəxslərlə arada 2 metr məsafənin saxlanılması məsləhət görülüb.
Ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılmış, mağazaların ərzaqla normal təminatına diqqət artırılmış, aid qurumlarla birlikdə ehtiyatların yaradılması davam etdirilmişdir. Ümumilikdə 261 ticarət obyektində maarifləndirici monitorinqlər aparılmış ticarət obyektlərinin sahibkarları məlumatlandırılmışdır.
26 mart 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. Bununla da bir gün ərzində 740 min 411 manat vəsait Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb. 2020-ci il 26 mart tarixində fondun hesabında ümumilikdə 1 milyon 658 min 520 manat vəsait vardır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi və təsisçisi olduğu qurumlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 12 min 314 manat vəsait köçürüb.
Cari ilin ötən dövrü ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 44 mal çeşidini əhatə edən 150 halda səyyari, 401 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri 317 yerli istehsal və 84 idxal məhsullarını əhatə etmişdir.