2000-ci ildən 1 mart 2020-ci il tarixədək 1398 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərmişdir. Bu rəqəm 2020-ci ilin ötən dövründə 12 layihə üzrə 263 min manatdan artıq olmuşdur.
Yarmarkaya muxtar respublikamızın özəl müəssisələrində istehsal olunmuş sənaye və ərzaq malları, ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Bugün də məhsul bolluğu və alıcı sıxlığı ilə müşahidə olunan yarmarkada 109 ailə təsərrüfatının və 46 sahibkarlıq subyektinin müxtəlif növ və çeşiddə məhsulları böyük rəğbətlə qarşılandı.
Martın 14-də fəaliyyətə başlayacaq yarmarkaya muxtar respublikamızın özəl müəssisələrində istehsal olunmuş sənaye və ərzaq malları, ayrı-ayrı rayonlardan gətirilən kənd təsərrüfatı məhsulları çıxarılacaq. Bayram günlərində əhalinin tələbatını ödəmək və daha ucuz qiymətə məhsulların satışını təşkil etmək məqsədilə keçiriləcək yarmarkaya torpaq mülkiyyətçiləri və sahibkarlar üçün ayrıca satış yerləri ayrılacaq.
Təlimdə hüquqi şəxslər tərəfindən cəlb olunan işçilərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən əsas vergi güzəştləri, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilib.
Martın 11-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kəngərli rayon icra hakimiyyətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarının iştirakı ilə Kəngərli rayon Çalxanqala kəndində “Arıxanalarda yaza hazırlığın həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilmişdir.