Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib

 

Naxçıvanın qədim tarixi, mədəniyyəti və zəngin mətbəxi turizmin inkişafı üçün geniş imkanlar açır. Bu torpaqda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də tarixi abidələrdə - buzxanalarda yaşadılır. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına hesablanmış tədbirlərdəndir.

Ətraflı: Naxçıvan şəhər buzxanası yenidənqurma...

Vergi hesabatlarının təqdim edilməsi müddəti uzadılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Ətraflı: Vergi hesabatlarının təqdim edilməsi...

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə onlayn görüş keçirilib

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2019-2020-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq may ayının 5-də Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə onlayn görüş keçirilmişdir.

Ətraflı: Naxçıvan Muxtar Respublikasının...

Azərbaycan, İran və Türkiyə mövcud şəraitdə yük daşımalarında yaranan problemləri müzakirə edib

İran prezidentinin köməkçisi Mahmud Vaezi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan mövcud şəraitdə qarşılıqlı ticarətin təşviq olunması yollarını müzakirə ediblər. İran rəsmiləri, sərhədin İran tərəfində qalan türk yük maşınlarının problemlərindən danışıblar. 

Ətraflı: Azərbaycan, İran və Türkiyə  mövcud...

Şərur Sənaye Məhəlləsinin yaradılması Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır

Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması  Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır.

Ətraflı: Şərur Sənaye Məhəlləsinin yaradılması...