Bu ilin yanvar-aprel aylarında da Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 3% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Doğma diyarımızdakı əlverişli coğrafi mühit, bol təbii sərvətlər hələ Neolit dövründən insanların bu ərazidə məskunlaşmasına, öz maddi və mənəvi ehtiyaclarını yerli xammalla təmin etməsinə səbəb olmuşdur. Muxtar respublika ərazisində olan təbii sərvətlərdən biri də onun termal və mineral su yataqlarıdır.
Prezident İlham Əliyev mayın 12-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Fransa Sahibkarlar Təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında işgüzar görüş keçirilib. Görüşdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər.
Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir.