Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Ölkəmizin qeyri-neft sektoru ixracının artırılması və Azərbaycan istehsalı olan məhsulların xarici ölkələrdə daha çox tanıdılması, yeni ixrac bazarlarına çıxarılması və satışının təşkili istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşəbbüsü, aparılan danışıqlar və bazar araşdırmalarının nəticəsi olaraq, Polşanın Varşava şəhərindəki 3 “Carrefour” supermarketində və Kielçe şəhərindəki “Carrefour” supermarketində “Made in Azerbaijan” stendləri yerləşdirilib.
Muxtar respublikada informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlər həyata keçirilir. Maddi-texniki bazanın gücləndirilməsi iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların uğurla tətbiqinə, yaşayış məntəqələrində poçt-rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə səbəb olub.
Mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, görülən işlərlə tanış olub.