Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatında quş əti məhsulları və yumurta isethsalı üzrə ixtisaslaşmış müəssisələrin böyük payı var. Belə ki, əhalinin bu kateqoriya ərzaq məhullarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Muxtar respublikada quşçuluq təsərrüfatı üzrə ixtisaslaşmış istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə nəinki quş əti və yumurta, həmçinin damazlıq yumurta və cücə istehsalı sahələri də fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Ərazinin ekoloji baxımdan əlverişli olması və qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik müxtəlif meyvə sortlarının becərilməsinə imkan verir.
Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun 2-ci iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak edib.
İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiq edilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Fərman imzalayıb.
İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Fərman imzalayıb.