Muxtar respublikada 1983 vergiödəyicisinə dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikada pandemiyadan zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir. 
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 4 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 1983 vergiödəyicisinə 2 milyon 205 min 438 manat vəsaitin həmin sahibkarların bank hesabına köçürülməsi təmin edilib.

Ətraflı: Muxtar respublikada 1983...

Duzdağda yeni açılan şaxtaya və yeni duz istehsalı müəssisəsinə elektrik xətləri çəkilir

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin əməkdaşları Duzdağda yeni açılan şaxta və ərazidə qurulan yeni duz istehsalı  müəssisəsinə yeni elektrik xətləri çəkirlər. Sement zavod  yarımstansiyasından qidalanacaq 35 kv-luq yeni elektrik xətti 3,5 km uzunluğunda olacaq.

Ətraflı: Duzdağda yeni açılan şaxtaya və yeni...

Muxtar respublikada istehsal olunan daş məhsulları müştəri məmnuniyyəti qazanıb

Kəngərli rayonunun Qarabağlar, Çalxanqala, Babək rayonunun Yuxarı Buzqov, Çeşməbasar kəndlərindəki ocaqlardan çıxarılan olive, travertin, bej, sianit və qara mərmər müasir avadanlıqların köməyi ilə kəsilir. Artıq qalan daşlardan, qırıntılardan isə müxtəlif ölçü və çeşidlərdə material istehsal edilir. İstehsal olunan travertin, mərmər və digər daşlardan maraqlı mozaikalar hazırlanır.

Ətraflı: Muxtar respublikada istehsal olunan...

Muxtar respublikada 1377 vergiödəyicisinə dövlət maliyyə dəstəyi göstərilib

  Muxtar respublikada pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 02 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 1377 vergiödəyicisinə 1 milyon 909 min 790 manat məbləğində vəsait həmin sahibkarların  bank hesablarına köçürülüb. 

Ətraflı: Muxtar respublikada 1377...