"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi onlayn Silikon Vadisi Akselerasiya proqramını elan edib. İntensiv Akselerasiya proqramı startaplara beynəlxalq bazarlara daxil olmağa kömək edəcək.
Proqram çərçivəsində hər həftə komandalara həftəlik mövzu ilə əlaqəli tapşırıqlar veriləcək ki, bu da onları hədəflərinə nail olmağa daha da yaxınlaşdıracaq. Akselerasiya proqramı "Demo Day" ilə başa çatacaq. Məzun olan komandalar investorlar və mütəxəssislər qarşısında çıxış edərək investisiya almaq imkanı əldə edəcəklər.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,79% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,04 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə muxtar respublikanın hərtərəfli inkişafına yönəldilmişdir.
Qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan nəzarət tədbirlərinin bir hissəsini yerli istehsal və idxal məhsullarının mikrobioloji, toksikoloji, orqanoleptik, və fiziki-kimyəvi göstəricilərinin yoxlanması təşkil edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyası ən müasir avadanlıqlarla yüksək keyfiyyətli xidmət göstərir.
Bu gün dünyanı bürüyən pandemiya və bununla yanaşı, neftin qiymətinin ucuzlaşması bir çox ölkələrin iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar artıq öz müsbət nəticələrini göstərir. Azərbaycan Prezidentinin ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi və Cənub-Şərqi Asiyadan Avropaya və əks istiqamətə yüklərin Azərbaycan üzərindən daşınması deyilənləri sübuta yetirir.