Naxçıvan Muxtar Respublikasında yüksək nailiyyətlərin əldə olunduğu sahələrdən biri də sənayedir. Muxtar respublikada həyata keçirilən hərtərəfli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir.
İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının binası istifadəyə verilib, yeni yaradılan innovativ dərnəklərin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirlərində iştirak edib.
Naxçıvan Muxtar Respublikası özünün təbii-mineral sərvətləri, turizm ehtiyatları və emal sənayesi məhsulları ilə yaxşı tanınır. Bundan əlavə, son illərdə muxtar respublikada özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsulların istehsalını artırmış, ixrac imkanlarını genişləndirmişdir.
Sahibkarların nəzərinə!
Azərbayca Sahibkarlar Konfederasiyası, MOSPROM və “Biznes Qeometriya” İşgüzar Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə 13-17 iyul 2020-ci il tarixlərində qida sektorunda (istehsal və satış) ixtisaslaşmış Azərbaycan-Rusiya şirkətlərinin nümayəndələri arasında ikitərəfli onlayn görüşlər keçiriləcək.
Sahibkarların nəzərinə!
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatmılığı ilə 14 iyul 2020-ci il tarixində video-konfrans formatında “Azərbaycan-Gürcüstan Biznes Forum”u keçiriləcəkdir. Forumun əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, ticarət dövriyyəsinin artırılması imkanları və yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsidir.