Muxtar respublikada son illər üzümçülüyün inkişafına diqqət daha da artırılıb, yeni üzüm plantasiyaları salınıb. Bu sahədə imzalanan sərəncamlar və qəbul olunan dövlət proqramları qədim təsərrüfat ənənələrindən olan üzümçülüyə marağı artırıb. Yeni yaradılan belə təsərrüfatlardan biri də Babək rayonunun Nehrəm qəsəbəsindəki “Sumqala” üzümçülük təsərrüfatıdır. Burada 14 xarici ölkədən gətirilmiş məhsuldar üzüm sortu ilə yanaşı, onlarla keyfiyyətli yerli üzüm sortu da yetişdirilir.
Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir standartlara cavab verən müəssisələr fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır. Bu gün sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması uğurla davam etdirilir.
Xalqımız tarixboyu duzu müqəddəslik rəmzi kimi yüksək dəyərləndirib, and yeri kimi yanaşıblar. Dostlar arasına nifaq salmaq istəyənlərə, söz-söhbət yaratmağa çalışanlara “duz-çörək kəsmişik, bizə yaraşmaz”, – deyə cavab verilərmiş. Naxçıvan folkloruna aid dastanlarımızda yer alan “Duz kəsən düz olar”, “Duz kəsən namərd olmaz”, kimi deyimlər də qədim Oğuz torpağında yaşayanların bu nemətə bəslədiyi dərin məhəbbətindən, sonsuz inamından xəbər verir. Duzun yandırılaraq bədnəzərləri, şər qüvvələri və mənfi auranı dəf etməsi, eləcə də bu nemətin yerə tökülməsinin pis əlamət olması ilə bağlı inanclar bu gün də el arasında yaşadılır.
Artıq bir neçə ildir ki, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən tədbirlər çərçivəsində “Ailə təsərrüfatı məhsulları” festivalları keçirilir, istehsal olunan məhsulların satışı üçün əlverişli şərait yaradılır.
Qədim ənənələrə malik xalçaçılıq sənəti hər zaman olduğu kimi, bu gün də Naxçıvanda yaşadılır. Muxtar respublikada xalçaçılıq sənətinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, unudulmaqda olan milli ornamentlərin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu qədim sənətin inkişafı və təbliği sahəsində mühüm əhəmiyyətə malikdir.