Muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, süni qiymət artımının qarşısının alınması, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda mütəmadi olaraq satış yarmarkaları təşkil olunur.
Muxtar respublika əhalisinin payız-qış mövsümündə meyvə və tərəvəz məhsullarına olan təlabatının dolğun şəkildə ödənilməsi məqsədilə fermerlər tərəfindən yığılan katrof məhsulunun soyuducu anbarlara tədarükünə başlanılıb.
Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, ümumidaxili məhsul istehsalı artıb, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb. Cari ilin 6 ayı ərzində makroiqtisadi göstəricilər yüksəlib.
Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 96,4 faizi yekunlaşıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, hazırda boru kəmərinin inşasının son mərhələsidir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazidə torpaq örtüyü bərpa olunur.
Cari ilin yanvar-may aylarında ölkədən 606,5 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 162,9 milyon ABŞ dollarından çox olub.