Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır.
Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçilən müəssisələrdən biri də Naxçıvan Avtomobil Zavodudur. 2010-cu ildən fəaliyyət göstərən zavodda avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Hər il istehsal etdiyi modellər sırasına yenilərini əlavə edən zavodda ötən gündən başlayaraq yeni “Naz Lifan L7” modellərinin yığımına başlanılıb.
Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.
İyulun 29-da Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin və Çin Kommersiya Nazirliyinin İnvestisiya Təşviqi Agentliyinin (CIPA) birgə təşkilatçılığı ilə onlayn formatında Azərbaycan-Çin biznes forumu keçirilib. Forumda Azərbaycan və Çin rəsmiləri ilə yanaşı, turizm, nəqliyyat, ticarət və s. sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı işitirak edib.
İyulun 28-də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında 5-ci İllik Toplantısı keçirilib.
"AİİB-in 2030-cu ilədək orta və uzunmüddətli perspektivdə üzvlərinə dəstəkvermə yanaşması" mövzusunda təşkil edilmiş Toplantıda Asiya regionun inkişafı üzrə uzunmüddətli tendensiyalar və qısamüddətli makroiqtisadi dəyişikliklər, AİİB-in pandemiya ilə mübarizə məqsədilə həyata keçirdiyi tədbirlər, üzv ölkələr üçün Bank tərəfindən təklif olunan dəstək və digər məsələlər müzakirə edilib.