Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlar, işəgötürənlərlə maarifləndirici görüşlər keçirilir, qanunvericiliyin müvafiq tələbləri izah olunur, bu mövzuda onları maraqlandıran suallar cavablandırılır.
Özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir.
2020-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla əsaslanan, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması, eləcə də “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilmişdir.
2013-cü ildə istifadəyə verilən Naxçıvan Biznes Mərkəzinin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrinn gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin o cümlədən konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işlərinin sərgi və satışının təşkilindən ibarətdir.
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına və əhalinin işlə təminatına əsaslı zəmin yaratmışdır.