Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi, Özbəkistanın "Uztekstiprom" toxuculuq və tikiş-trikotaj sənayesi Assosiasiyası, Özbəkistanın Azərbaycandakı Səfirliyi və “Caspian Event Organizer” şirkətinin təşkilatçılığı və iştirakı ilə onlayn biznes forum keçirilib.
Muxtar respublikada 2020-ci ilin yanvar-iyul aylarında 1 milyard 574 milyon 282 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 3421 manat olmuşdur.
Beynəlxalq sərgi və yarmarkalarda Azərbaycan şirkətlərinin vahid ölkə stendi altında iştirakının təşkili yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı ilə tanıdılması və təşviq edilməsi məqsədilə təşkil olunan dəstək tədbirlərindəndir. Bu tədbirlər çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2020-ci ilin əvvəlindən Azərbaycan məhsulları 3 xarici ölkədə keçirilmiş beynəlxalq sərgidə təqdim olunub, azərbaycanlı sahibkarlar və xarici iş adamları arasında ixraca dair müzakirələr aparılıb, əhəmiyyətli nəticələr əldə olunub.
Müşavirəni nazir Tapdıq Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 12 avqust 2020-ci il tarixdə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin Sədri tərəfindən İqtisadiyyat Nazirliyinin qarşısına daxili bazarın vəziyyətinin təhlil edilməsi, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirməsi, kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarük olunması və ehtiyatın yaradılması kimi mühüm vəzifələr qoymuşdur.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd arasında videokonfrans formatında görüş keçirilib.