Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,3 dollar azalaraq 45,45 dollar olub.
Sənayenin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı irəliləyişdən bəhs etməyə dəyməz. Çünki sənaye istehsalı mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə çatdırmağa əsaslanır ki, bu da iqtisadiyyatın davamlılığında mühüm rol oynayan istehsalçılıq vərdişlərinin qorunmasına xidmət edir. Buna görədir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadiyyatın inkişafı daxili istehsalla birbaşa əlaqəlidir. Ölkə istehsalçıdırsa, deməli, müəyyən bir kütlənin tələbatını ödəyir.
Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir.
Muxtar respublikamızda sahibkarlığa göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq yerli xammala əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisələrin yaradılması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına geniş imkanlar açmışdır.
Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 45,96 dollar olub.