2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-iyun aylarında da davam etdirilmişdir.
2020-ci ilin ilk yarımilində inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 310 milyon 168 min 700 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2847,6 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58 faiz təşkil etmişdir.
Culfa rayon Camaldın kəndində fəaliyyət göstərən "Əylis" un dəyirmanında "Nuranə" əmtəə nişanı ilə un istehsal olunur. Gün ərzində 30 ton məhsul istehsal etmək gücündə olan dəyirman təkcə culfalıların deyil, qonşu rayonların sakinlərinin də una olan tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir.
2018-ci il iyunun 30-dan indiyədək TANAP-la Türkiyəyə 6 milyard kubmetr təbii qaz nəql edilib.
“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumatına görə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb.
Sosial iqtisadi tərəqqinin əsas təkanverici qüvvələrindən biri sahibkarlığın inkişafıdır. İqtisadi sahədə həyata keçirilən məqsədönlü tədbirlər sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək rəqabətədavamlı və ixracyönümlü məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.
Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Son dövrlərdə ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır.