Muxtar respublikada son illər həyata keçiriliən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə yerli xammala əsaslanan yeni sənaye sahələri fəaliyyətə başlayıb, istehsal olunan məhsulların növ və çeşid zənginliyi yaradılıb
Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Son dövrlərdə ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır.
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar artaraq 43,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar bahalaşaraq 40,41 dollar təşkil edib.
İyulun 13-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə «Azərbaycan nemətləri layihəsi: Rusiyaya ixrac üçün yeni imkanlar» mövzusunda videokonfrans formatında görüş keçirilib.
Dünya Bankının “Avropa və Mərkəzi Asiyada səmərəli, hesabatlı və inklüziv institutların qurulması” mövzusunda hesabatı dərc olunub. Hesabatın əhatə etdiyi Avropa və Mərkəzi Asiya bölgəsində ən çox Azərbaycan təcrübəsinə (case study) istinad edilib. Belə ki, hesabatın üç bölməsində - “Dövlət siyasəti proseslərinin gücləndirilməsi”, “Xidmətin çatdırılmasının idarə edilməsi” və “Siyasətin səmərəliliyinin artırılması drayverləri və amilləri” hissələrində Azərbaycan təcrübəsi geniş təhlil edilib.