Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi pandemiya ilə mübarizə çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir. Bu istiqamətdə hazırlanan növbəti videoçarx karantin rejimində ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirir.
Naxçıvan Muxtar Respublikasında özəl sektora yaradılan əlverişli şərait güclü sahibkarlıq təbəqəsinin formalaşması ilə nəticələnib. Hər bir sahibkar dövlətin dəstəyini və köməkliyini öz fəaliyyət sahəsində aydın müşahidə edir. Görülən bu işlərin fonunda mövcud şəraitə uyğun olaraq vergiödəyicilərinə güzəştlərin təqdim olunması üçün Vergi Məcəlləsində edilən müəyyən əlavə və dəyişikliklərin tətbiqi muxtar respublikada diqqət mərkəzindədir.
İqtisadiyyat Nazirliyi muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, 15 iyul 2020-ci il tarixdən etibarən tələbatdan artıq istehsal olunan meyvə və tərəvəz məhsulları soyuducu anbarlara aşağıdakı qiymətlərlə qəbul olunacaq.
Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində əvəzsiz rolu vardır, çünki qablaşdırma məmulatı içərisində olan məhsulu qoruyur, anbarda saxlanmasını, daşınmasını və satışını asanlaşdırır, həmçinin müştərini məhsul barədə məlumatlandırır, məhsulun təmiz və təhlükəsiz şəraitdə daha uzun müddət saxlanmasına imkan yaradır.
Azərbaycan neftinin qiyməti bahalaşır. İyulun 3-də Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar artaraq 44 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.