Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının videokonfrans formatında 6-cı iclası keçirilib. Hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Litva ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib, dövlət başçılarının siyasi iradəsinin, ölkələrimizin malik olduğu böyük iqtisadi potensialın əməkdaşlığın uğurlu inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb.

Ətraflı: Azərbaycan Respublikası Hökuməti və...

Azexport PAŞA Bankla “İxracını tamamla” adlı onlayn seminar keçirəcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və PAŞA Bankın birgə təşkilatçılığı ilə “Made in Azerbaijan” brendi adı altında məhsul ixrac edən sahibkarların maliyyə alətlərinə əlçatanlığının stimullaşdırılması məqsədi ilə “İxracını tamamla” adlı seminar keçiriləcək.

Ətraflı: Azexport PAŞA Bankla “İxracını...

Bu il muxtar respublikada 352 yeni iş yeri yaradılıb

Muxtar Respublikada son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası qarşıda duran vəzifələrin həllinə real imkanlar yaradır və iqtisadiyyatın dinamik inkişafını təmin edir. Qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, yerli xammala əsaslanan, rəqabətədavamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin fəaliyyətə başlaması və digər mühüm tədbirlər ümumi inkişafı daha da sürətləndirir.

Ətraflı: Bu il muxtar respublikada 352 yeni iş...

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur

Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır. İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında ərzaq məhsullarının tərkibinin analiz olunması üçün hər cür şərait yaradılıb. Bu ilin 6 ayı ərzində  671 yerli, 147 idxal məhsulu analiz edilib. Məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur.

Ətraflı: Muxtar respublikada məhsulların...