İyulun 21-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Cari məsələ
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin əvvəlindən iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin həyata keçirilməsi çərçivəsində gəlirləri 2 milyard 206 milyon ABŞ dolları təşkil edib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9 milyard 852,5 milyon dollar, o cümlədən ixracın dəyəri 5 milyard 687,4 milyon dollar, idxalın dəyəri 4 milyard 165,1 milyon dollar təşkil edib, nəticədə 1 milyard 522,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Cari ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 18,8 milyon ton, yük dövriyyəsi isə 4 milyard 179,1 milyon ton-kilometr olub.
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə Rusiya bazarında Azərbaycan məhsullarının təşviqi ilə bağlı onlayn müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təmsilçiləri və iş adamları iştirakı edib.