Pandemiya dövründə sahibkarlıq subyektlərinin fəaliyyətini bərpa etdirilməsi və aktivləşdirilməsi “Caspian European Club”un ümumi onlayn toplantısının əsas müzakirə mövzusu olub.
Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.
Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən biri olan Naxçıvan diyarında digər sahələrlə yanaşı, incəsənət də böyük tarixi inkişaf yolu keçib. Dekorativ-tətbiqi sənətin növlərindən biri olan xalçaçılıq da bu sırada öz yerini alıb. Naxçıvan xalçaları nəinki Azərbaycanda, bütün dünyada öz dəstxəti, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə fərqlənir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 23 iyun tarixinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28.709 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117.031 fərdi (mikro) sahibkar, cəmi 145.740 vergi ödəyicisi müraciət edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən 30 iyun – 2 iyul tarixlərində “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.