Rusiya Azərbaycanla neft-qaz maşınqayırması sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiyanın Sənaye və Ticarət Nazirliyinin, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı” mövzusunda videokonfrans formatında görüş keçirilib. 

Ətraflı: Rusiya Azərbaycanla neft-qaz...

Muxtar respublikada istehsal olunan məhsulların satış bazarları genişlənir

İxrac hər bir ölkənin davamlı iqtisadi artımının təmin olunmasında vacib rol oynayır. Məlum olduğu kimi ixracın artması bir tərəfdən milli gəlirin yüksəlməsi ilə yanaşı, digər tərəfdən xarici valyuta ilə bağlı çətinlikləri aradan qaldırmaqla ümumi iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması isə yerli istehsalçılara ixrac imkanlarından tam yararlanmaq fürsəti yaradır.

Ətraflı: Muxtar respublikada istehsal olunan...

Azərbaycan–Türkiyə Sahibkarlar Forumu keçiriləcək

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan–Türkiyə Sahibkarlar Forumunun keçirilməsi planlaşdırılır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)  bildirilib ki, forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır.

Ətraflı: Azərbaycan–Türkiyə Sahibkarlar Forumu...