İyunun 11-də Ukrayna Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər zamanı ticari-iqtisadi əlaqələr” mövzusunda videokonfrans keçirilib. Azərbaycanın Ukraynadakı və Ukraynanın Azərbaycandakı səfirlərinin, dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirak etdiyi videokonfransda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub.
Naxçıvan Biznes Mərkəzində pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi ilə bağlı tədbir keçirilib. Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan və Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq keçirilib.
Mövcud şəraitə uyğun olaraq vergiödəyicilərinə güzəştlərin təqdim olunması üçün Vergi Məcəlləsində müəyyən əlavə və dəyişikliklər edilib. Pandemiyanın təsiri nəticəsində iqtisadi şəraitin dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminə uyğun olaraq bu təsirə məruz qalan fəaliyyət sahələri üzrə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergiödəyiciləri üzrə 50 faiz, pandemiyanın təsirinə məruz qalan fəaliyyət sahələri üzrə mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən vergiödəyiciləri üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilib.
İyunun sonunda TANAP-la Türkiyəyə göndərilən Azərbaycan təbii qazının həcmi 6 milyard kubmetrə çatacaq.
Bu barədə TANAP şirkətinin baş direktoru Saltuk Düzyol deyib. O bildirib ki, 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanılıb və birinci il 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitəcək və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatacaq.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra iqtisadi inkişafın prioritet istiqaməti kimi enerji təhlükəsizliyinin təmin olunması sahəsində kompleks tədbirlər görülmüşdür. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında elektroenergetika infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur.