Azərbaycanın “Caspian Event Organisers” şirkətinin və Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə “Made in Uzbekistan” onlayn biznes forumu öz işinə başlayıb. Biznes forumun ilk günündə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Etibarlı ərzaq təminatının əsasında isə qida təhlükəsizliyinin təmin edilməsi durur. Ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində əldə olunan nailiyyətlər ərzaq təhlükəsizliyinin təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Muxtar respublikada ərzaq məhsullarının keyfiyyətinə nəzarət daim diqqət mərkəzində saxlanılır və tələbatın tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Türkiyədə Naxçıvana qaz kəmərinin çəkilməsi ilə bağlı tender elan olunacaq. Tenderdə iştirak üçün müraciətlər iyunun 30-a qədər qəbul olunacaq.
Boru kəmərinin ümumi uzunluğu 82 kilometrdir. Tenderin qalibi 270 gün ərzində tikintini yekunlaşdırmalıdır. Qeyd edək ki, hazırda Naxçıvana qaz İrandan svop əməliyyatı ilə tədarük olunur.
Bu gün istehlakçıları maraqlandıran əsas suallardan biri - qanunvericiliklə alınan malların geri qaytarılması və dəyişdirilməsi hallarının qanunvericiliklə necə həyata keçirilməsidir. Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə Naxçıvan Dövlət Televiziyasının "Xəbərlər" proqramına müsahibə vermişdir.
Ötən ilin aprel ayından “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edilən Naxçıvan Avtomobil Zavodunda artıq yeni modeldə avtomobillərin istehsalına başlanılıb. Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən, hazırda zavodda ilkin olaraq 3 ədəd “FAW T-33” krossover və 6 ədəd “FAW T-80” yük avtomobillərinin istehsalına başlanılıb. Yaxın gələcəkdə isə əlavə olaraq “FAW T-33” krossover, “Lifan X-70” krossover və “Lifan L-7” minivan tipli avtomobillərin yığılması həyata keçiriləcək. Növbəti mərhələdə isə 58 ədəd “FAW” modellərinin istehsalı nəzərdə tutulub.