Dondurma mövsümü gəldi: nələrə diqqət edək?

Artıq dondurma mövsümü başlayıb. Bu gün, demək olar, bütün marketlərdə dondurmalar satılır. Muxtar respublikada yerli istehsalla yanaşı, idxal dondurmalar da satılır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı olan dondurma məhsulları istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim olunmalıdır. Bu baxımdan həm istehlakçılar, həm də topdan və pərakəndə satış obyektlərinin satıcıları dondurma alarkən və satışını həyata keçirilərkən diqqət etməli olduqları bəzi zəruri məsələləri bilməlidirlər.

Ətraflı: Dondurma mövsümü gəldi: nələrə diqqət...

Üzümçülük təsərrüfatında yeni istehsal sahəsi yaradılıb

Naxçıvanda 2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını daha da artırıb,yeni emal və istehsal sahələrinin yaradılmasına stimul verib. Cari ilin yanvar-may ayları ərzində Babək rayonunda dövlət maliyyə dəstəyi hesabına 12, özəl investisiya hesabına 4 olmaqla, ümumilikdə 16 layihə əsasında sahibkarlıq subyektinin yaradılması başa çatdırılıb,6 yeni layihə əsasında təsərrüfat, yaxud istehsal sahəsinin yaradılması davam etdirilib.

Ətraflı: Üzümçülük təsərrüfatında yeni...

Milli qurtuluşdan başlanan inkişaf yolu

15 iyun xalqımızın dövlətçilik və özünə qayıdış tarixində mühüm rol oynayan gündür. Bu tarixi günün qalibi Azərbaycan xalqı, müəllifi isə bu qalibiyyəti xalqına əbədi olaraq bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etsə də, qısa müddətdə ölkəmiz bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Ətraflı: Milli qurtuluşdan başlanan inkişaf yolu

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq ediləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq.

Ətraflı: Sahibkarlığın güzəştli...

Pandemiyanın turizmə təsirlərinın aradan qaldırılması ilə bağlı müzakirə aparılıb

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə “2020-Turizm sahəsi üçün böhranlı il. Azərbaycan və Rusiyanın anti-böhran təcrübəsi” mövzusunda onlayn müzakirələr aparılıb. Tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndələri, Biznes Klubunun icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru , Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi, Azərbaycan Turizm Bürosunun departament müdiri, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, Rusiyanın Ticarət və Sənaye Palatasının departament müdirinin müavini , turizm şirkətlərinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Ətraflı: Pandemiyanın turizmə təsirlərinın...