Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Naxçıvan Muxtar Respublikasında bu sahənin inkişafı məqsədilə kompleks tədbirlər həyata keçirilir, meyvəçilik və tərəvəzçiliklə məşğul olanlara güzəştli kreditlər verilir, meliorativ tədbirlər görülür, məhsulların satışı üçün yarmarkalar təşkil olunur. Həmçinin meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır.
İyunun 30-da İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib. Brifinqdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov dünya enerji və fond bazarlarında durğunluq, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə məlumat verib.
Yanvar-may aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 1 milyard 863,7 milyon ABŞ dolları, Tunislə 144,4 milyon dollar, İranla isə 129,3 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunis və Türkiyə ilə ticarət dövriyyəsi artıb, İran ilə azalıb.
Ötən günlərdə Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi təşkil olunmuşdur. Virtual sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkəti iştirak etmişdir.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən 220-i artıq ailə təsərrüfatçısı tərəfindən 50 tona yaxın 236 çeşiddə keyfiyyətli məhsullar çıxarılıb. Mövsümlə əlaqədar daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də kənd təsərrüfatı məhsulları çoxluq təşkil edib.