“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib

  Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır.  Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.

Ətraflı: “Badamlı” Mineral Sular Zavodu...

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.

Ətraflı: Azərbaycanda Amerika Ticarət Palatası...

Sahibkarlığın hərtərəfli inkişafı diqqətdə saxlanılır

  İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.

Ətraflı: Sahibkarlığın hərtərəfli inkişafı...

Muxtar respublikanın ixrac imkanlarının artırılması istiqamətində işlər davam etdirilir

Müasir dövrdə dövlətin sosial-iqtisadi inkişafının əsasını təşkil edən əsas amillərdən biri də ixracdır. Bu səbəbdən xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır.

Ətraflı: Muxtar respublikanın ixrac...

İqtisadiyyat nazirliyinin əməkdaşı onlayn konfransda iştirak edib

  Mayın 20-də “Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Naxçıvan MR-də kiçik və orta sahibkarlığın inkişafı: vəzifələr və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı iştirak edib.

Ətraflı: İqtisadiyyat nazirliyinin əməkdaşı...