“İxrac ili” əhəmiyyətli uğurları ilə yadda qalacaq

Müstəqillik illərindən başlayaraq ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf qlobalsəviyyədə rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, hər il Azərbaycanın adı xarici siyasət və beynəlxalq əlaqələr baxımından reytinq sıralamalarında qabaqcıl yerlərdə təqdim edilir. Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, neft sektorundan asılılığın aradan qaldırılması nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.

Ətraflı: “İxrac ili” əhəmiyyətli uğurları ilə...

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə muxtar respublikanın  inkişafına yönəldilmişdir. Dövlət proqramında yerli iqtisadi potensialın gücləndirilməsi, əsas ərzaq məhsulları ilə təminatın yaxşılaşdırılması, sahibkarlığın inkişafının gücləndirilməsi, məşğulluğun artırılması, əhalinin həyatsəviyyəsinin yüksəldilməsi kimi çox sayda istiqamətlər müəyyənləşdirilmişdir. 

Ətraflı: “Naxçıvan Muxtar Respublikasının...

Pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 12 may tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 27.065 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 103.268 fərdi (mikro) sahibkar, cəmi 130.333 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 201.000 işçini əhatə edən 22.852 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Ətraflı: Pandemiyadan zərər çəkmiş...