Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir.
1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 75-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olan azərbaycanlıların xatirəsinə ehtiramını bildirib.
Mayın 8-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının “Dekoria” alış-veriş mərkəzi istifadəyə verilib. Mağazada mətbəx, yemək dəstlərinin, elektrik materialları və avadanlıqlarının, xırdavat, təmir-tikinti alətlərinin, plastik boruların, divar kağızlarının, yataq və bağça mebel dəstlərinin, taxta və seyf qapılarının, hədiyyəlik əşyaların, məişət texnikalarının, dəftərxana ləvazimatlarının, təmizlik məmulatlarının, təhlükəsizlik vasitələrinin və geyimlərin, boya və izolyasiya məhsullarının, hamam və avtomobil aksesuarlarının və digər malların satışı həyata keçirilir.
Muxtar respublikanın rayon və şəhər mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar işlərin davamı olaraq Şərur şəhərində Sutəmizləyici Qurğular Kompleksi inşa olunur.