Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Naxçıvan Dövlət Universitetində vebinar keçirilib

 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsində keçirilən vebinar “İdeyadan başlanğıca”- startap layihələrinin formalaşdırılması mövzusunda  olub. Tədbirdə fakültə  dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışıb.

Ardını oxu...

Sahibkarlar üçün seminar keçirilib

 Ötən ay sahibkarlarla keçirilən görüşdə Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində martın 11-də Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq subyektlərində mühasibatlıq və idarəçilik” mövzusunda seminar keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyasının birgə  təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov açıb.

Ardını oxu...

Heydər Əliyev Sarayında keçirilən qadınların əl işlərinin sərgi-satışına 7500-dən çox əl işi çıxarılıb

Heydər Əliyev Sarayında  sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satış davam edir. 

Mart  ayının 5-dən  Heydər Əliyev Sarayının foyesi sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış üçün ayrılıb.

Ardını oxu...

Ötən il Babək rayonunda 40 istehsal və xidmət sahəsi yaradılıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ildə rayonda dövlət maliyyə dəstəyi hesabına 36, özəl investisiya qoyuluşu hesabına 4 olmaqla, ümumilikdə 40 istehsal və xidmət sahəsi yaradılıb.Yeni yaradılmış müəssisələr əsasən plastik səbət istehsalı, meyvə arağı istehsalı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, avadanlıq, tara və etiketlərin alınması, pendir istehsalı sahələrini, eyni zamanda qarğıdalı və bostan bitkilərinin əkini, soyuducu anbar, istixana, heyvandarlıq, arıçılıq və  bağçılıq təsərrüfatlarını əhatə edir.

Ardını oxu...

İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir

Məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixracın isə həcmini artırmaq qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu məqsədlə muxtar respublikada istiqamətlər müəyyənləşdirilib və hazırda onlar uğurla həyata keçirilir.

Məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixracın isə həcmini artırmaq qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu məqsədlə muxtar respublikada istiqamətlər müəyyənləşdirilib və hazırda onlar uğurla həyata keçirilir.Qazanılmış uğurlar muxtar respublikanın ixrac potensialının artmasını təmin etmiş, məhsulların ixracının genişlənməsinə səbəb olmuşdur.

Ardını oxu...

Naxçıvanda ümumi daxili məhsul istehsalının 88 faizi, istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində keçirilənsahibkarlarla işgüzar tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.                                              Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür.

Ardını oxu...

Ötən il Naxçıvanda ümumi daxili məhsulun həcmi 2 milyard 908 milyon manata yaxın olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bu barədə  danışıb. “İqtisadi sahədə qazanılan uğurlar muxtar respublikada makroiqtisadi göstəricilərin həcminin artmasına müsbət təsir göstərib”,- deyən nazir vurğulayıb ki, ötən il ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub.

Ardını oxu...

NAXÇIVAN ŞƏHƏRİ MUXTAR RESPUBLİKANIN SƏNAYE MƏRKƏZİDİR

Son illərdə aparılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin davamlı inkişafına yönəlmiş inkişaf strategiyasının düzgün seçilməsi, dövlət proqramlarının vaxtında və uğurlu icrası muxtar respublikada ümumi daxili məhsulun və onun adambaşına düşən hissəsinin ilbəil artımına səbəb olub. Sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxışimkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşmasının nəticəsidir ki, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələr istifadəyə verilir, yeni iş yerləri yaradılır, ixracyönümlü məhsul istehsalı artır, ixrac bazarlarının coğrafiyası genişlənir.

Ardını oxu...

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir

“Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni  istehsal xətti fəaliyyətə başlayıb.

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib ki, bu gün fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir.

Ardını oxu...

Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib

Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək deyib: Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və özəl bölməyə qayğı ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyasının əsas istiqamətidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açıb. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837581
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
207
300
1383
1829
837581

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915