Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşmış, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır.
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Muxtar respublikanın yaradılması Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etmiş və xalqımızın həyatında əlamətdar hadisəyə çevrilmişdir.
XX əsrin 20-ci illərində Naxçıvan diyarı çox çətin və mürəkkəb hadisələrlə qarşılaşmış, Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşmüş, məkrli düşmənimiz olan erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atmışlar. Lakin qəhrəman naxçıvanlılar bölgənin işğal edilməsinə yol verməmiş, onu qoruyub saxlamış və Azərbaycanla birləşməsinə nail olmuşlar.
Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, yüzlərlə müasir müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır. Bu gün sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması uğurla davam etdirilir.
Son illərdə muxtar respublikada aqrar sektorun intensiv metodlara əsaslanan inkişafına yönəlmiş iqtisadi siyasət, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, təsərrüfatçılara subsidiya və güzəştlərin verilməsi, onların ən müasir texnikalarla güzəştli şərtlərlə təmin olunması öz nəticəsini vermiş, çoxsaylı heyvandarlıq, quşçuluq, bağçılıq və tingçilik, arıçılıq, üzümçülük, əkinçilik təsərrüfatları, soyuducu anbar və istixana kompleksləri yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Ölkəmizdə insanların məşğulluğu ilə bağlı həyata keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir. Məşğulluğun yüksək səviyyədə həlli üçün yeni yollardan, ehtiyat mənbələrindən istifadə olunur. Naxçıvan Muxtar Respublikasında da sosialyönümlü iqtisadi inkişafın təmin olunması ilə bağlı həyata keçirilən tədbirlər içərisində əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər mühüm yer tutur.
Qədim və köklü milli-mənəvi dəyərlərə malik xalqımız bu dəyərləri tarixən sədaqətlə qoruyub, əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması hər zaman olduğu kimi günümüzdə də öz aktuallığını qoruyur. Azərbaycan xalqının milli-mənəvi dəyərləri ən çox da el sənətkarlığında qorunub saxlanılıb.
Fevralın 5-i Yuxarı Əndəmic kəndində bir sıra obyektlərlə yanaşı kənd mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışda iştirak edib və xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.
Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində böyük uğurlar qazanılıb. Xüsusilə alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə dayanıqlı və fasiləsiz enerji təminatı yaradıb. Hazırda enerji istehsalının həcminin artırılması istiqamətində işlər uğurla davam etdirilir. Naxçıvanda ilk dəfə olaraq külək enerjisini elektrik enerjisinə çevirəcək stansiya qurulur.
Muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradan muzey günləri çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyində olublar.