Əhalinin payız-qış mövsümündə kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun şəkildə, ekoloji cəhətdən təmiz, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbar və istixana komplekslərinin rolunu xüsusilə vurğulamaq lazımdır. Soyuducu anbarların yaradılması payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin çatdırması ilə yanaşı ixracı da artırmağa imkan verir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaqdır. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaqdır. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaqdır.
Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gənclərlə ciddi məşğul olmaq - Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi naminə çalışmaq deməkdir”, – fikirləri əsas götürülərək gənclərin hərtərəfli inkişafına və sosial təminatına xüsusi diqqət yetirilir. Həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır.
Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi, "Xəyal" və "Nuh yurdu" iaşə obyektlərinin nümayəndələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Naxçıvan şəhərindəki “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb, onlara sovqat təqdim ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə böyük stimul vermişdir.
Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların əsasını təşkil edən ailə biznesi üzərində qurulub. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemlərini həll etdiyindən, əhali gəlirlərinin artmasına müsbət təsir göstərdiyindən son illərdə muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Xarici iqtisadi əlaqələrin inkişafı bütün dövlətlər üçün vacib istiqamətlərdən biri hesab olunur. Belə əlaqələrin yaradılması isə iqtisadi potensialla yanaşı, həm də beynəlxalq əlaqələrin necə qurulmasından asılıdır. Bu isə o qədər də sadə məsələ deyil. Müasir dünya təcrübəsi göstərir ki, bu gün belə əlaqələrin qurulması maraqlı tərəflərdən müstəqil siyasətin yürüdülməsini tələb edir.
Naxçıvan şəhəri Xətai küçəsindəki mərkəzi bazarda dekabrın 26-dan 30-dək təşkil olunan yarmarkada yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış sahibkarlar və ailə təsərrüfatçıları tərəfindən müxtəlif adda və çeşidlərdə məhsul təqdim edilir. Hər gün səhər saat 9-dan başlayan yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazımi şərait yaradılmışdır.
Naxçivan Muxtar Respublikasi Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində hamiliyə verilmiş tələbələrlə görüş keçirilib.