Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilmişdir.
Bu gün ölkəmizdə eləcə də, onun ayrılmaz hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, dünya bazarına daha çox növ və çeşiddə məhsulların çıxarılması, milli brendlərin yaradılması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası mühüm istiqamət kimi qarşıya qoyulmuşdur. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir.
Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə onlayn formatda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Biznes Forumunun keçirilməsində əsas məqsəd ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes təşəbbüslərinin stimullaşdırılması, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması olub.
Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təminatında, əhalinin meyvə tərəvəz və konservləşdirilmiş məhsullarla təmin olunmasında aqrar sahədə aparıcı mövqeyə malik ailə təsərrüfatlarının xüsusi rolu var.
Alman dilindən tərcümədə “hər il keçirilən bazar” mənasını verən yarmarkalar müasir dövrdə pərakəndə ticarətin mühüm satış formalarından biridir. Bazar infrastrukturunda mühüm yer tutan yarmarkaları digərlərindən fərqləndirən əsas cəhətlərdən biri onların müəyyən dövrdən bir – həftədə bir və ya ildə bir neçə dəfə keçirilməsidir. Yarmarkaların mahiyyətinə görə fərqli cəhətlərindən biri də alqı-satqı əməliyyatlarında yalnız iki tərəfin – məhsul sahibinin və istehlakçının olmasıdır.
Son illər ərzində muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılmış, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılmışdır.
Müasir zəmanəmizin bütün çağırışlarına tam cavab verən çoxşaxəli və sənayenin dinamik inkişafında xüsusi önəm daşıyan yeni-yeni qabaqcıl müəssisələr fəaliyyətə başlamışdır. Sevindirici haldır ki, həmin müəssisələr arasında həm daxili bazarın tələbatını ödəmək qabiliyyətində olan, həm də ixracyönümlü məhsul buraxan istehsalat sahələri çoxluq təşkil edir.
Muxtar respublikada istehsal edilən və idxal olunan qida, eləcə də ixrac məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin olunmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. 2001-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas iş prinsipi istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və daxili bazarın keyfiyyətsiz məhsullardan qorunması sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir.
Son illərdə muxtar respublikada özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsulların istehsalını artırmaqla yanaşı, ixrac imkanlarını da artırmışdır.
Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edən, əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd təsərrüfatçıları dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunmuşlar.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb.