Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

AZPROMO sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edir

2021-ci ilin 21-25 fevral taixlərində Birləşmiş Ərəb Əmiliklərinin Dubay şəhərində “Gulfood” beynəlxalq qida sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarları sərgidə iştiraka dəvət edir. Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.

Ardını oxu...

Tələbələr “Badamlı” Mineral Sular Zavodunda olub

İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil edib. Tələbələr bu dəfə Badamlı Mineral Sular Zavodundakı  istehsal prosesi ilə yaxından tanış olublar.

Ardını oxu...

Tələbələrin muxtar respublikanın iri sənaye müəssisələri ilə tanışlığı davam edir

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Menecment” ixtisası üzrə IV kurs tələbələri, eləcə də “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin muxtar respublikanın iri sənaye müəssisələrindən olan “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal prosesinin xammaldan hazır məhsuladək bütün mərhələləri ilə əyani tanışlığı təşkil olunmuşdur.

Ardını oxu...

Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir

Son illər muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunur, yeni su və günəş elektrik stansiyaları istifadəyə verilir. Enerji təhlükəsizliyimizin təmin olunmasına mühüm töhfə verən bu layihələrin davamı olaraq Culfa rayonunda yeni 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir.

Ardını oxu...

Mərkəzi Bazarda təşkil olunan yarmarkaya ailə təsərrüfatçıları tərəfindən 100 tona yaxın məhsul çıxarılıb

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.

Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən ailə təsərrüfatçıları tərəfindən 100 tona yaxın müxtəlif yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Mövsümlə əlaqədar daha çox kənd təsərrüfatı məhsulları, xüsusilə də kartof, soğan, kələm, balqabaq, çuğundur, nar, şərq xurması və digər məhsullar çoxluq təşkil edib.

Ardını oxu...

“İdeyadan başlanğıca” layihəsi çərçivəsində stratap layihələrinin müsabiqəsi keçirilib

 Naxçıvan Biznes Mərkəzində “İdeyadan başlanğıca” layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyinə təqdim olunan stratap layihələrinin müsabiqəsi keçirilib.Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərin potensiallarının üzə çıxarılması, onların təşəbbüslərinin stimullaşdırılması istiqamətində çox əhəmiyyətli rola malikdir.

Ardını oxu...

Hamiliyə verilmiş tələbələrlə seminar keçirilib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələri üçün seminar keçirilib. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən keçirilən seminarın əsas mövzusu muxtar respublikada yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi, muxtar respublika iqtisadiyyatının prioritet hesab olunan sahələri üzrə ilkin investisiya layihələrinin hazırlanması və startap ideyalarının formalaşdırılması olub.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837296
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
222
88
1098
1544
837296

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915