Noyabrın 5-10-dək Çin Xalq Respublikasının Şanxay şəhərində “Çin Beynəlxalq İdxal Sərgisi” keçiriləcək.
Sərgidə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi məhsullar - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.
Muxtar respublikamız ötən 25 il ərzində sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Bu illər ərzində iqtisadiyyatın əsasını təşkil edən sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış və bunun nəticəsidir ki, indi təkcə Naxçıvan şəhərində yox, qədim diyarın bütün rayonlarında emal və sənaye sahələri fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası əlverişli iqlim şəraiti və qədim tarixi ənənələri ilə böyük arıçılıq potensialına malikdir. XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlar vardır. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olurdu. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılırdı.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq oktyabr ayının 30-da “Naxçıvan” Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ailə təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq oktyabr ayının 29-də Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilmişdir.
Muxtar respublika əhalisinin ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında aparıcı qüvvələrdən biri ailə təsərrüfatlarıdır. Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, istehsal sahələrinin genişləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi 2020-ci ildə də davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini əhalinin məşğulluğunun artırılması, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Bu məqsədlə görülən tədbirlər yeni açılan iş yerlərinin sayının artmasına, işaxtaranların özünüməşğulluğunun təmin edilməsinə və səmərəli məşğulluğun inkişafına gətirib çıxarır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası son illərdə bu sahədə həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərin əhatəsinin genişlənməsinə şərait yaratmışdır.
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 101 milyon 254 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 4564 manat olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf konsepsiyasının Naxçıvan Muxtar Respublikasında ardıcıl şəkildə və uğurlu icrasının nəticəsidir ki, 30 ildir, blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda bütün sahələrdə dinamik inkişafa nail olunmuşdur. Təbii ki, muxtar respublikamızda sosial-iqtisadi göstəricilərin artım tempinin qorunub saxlanılmasında icra edilən Dövlət proqramlarının mühüm əhəmiyyəti vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikanın dayanıqlı inkişafının təmin olunmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir.
Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir göstərməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir.