Noyabrın 25-27-də Özbəkistanın paytaxtı Daşkənddə 16-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - "Uz Agro Expo-2020"(ətraflı - https://worldexpo.pro/uzagroexpo) keçiriləcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakultəsinin “İqtisadiyyat” ixtisası üzrə təhsil tələbələri ilə görüş keçirilib.
Sentyabrın 26-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları - bal festivalı” keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.
Festival sentyabrın 26-ı və 27-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək. Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Həmçinin tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı stendlər qonaqlara təqdim olunacaq.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşüb. Mikayıl Cabbarov Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib. Yarmarkaya 22 istehsal müəssisəsi və 300-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 47 növdə 270 çeşiddə keyfiyyətli məhsullar gətirilib. Mövsümlə əlaqədar daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də sənaye malları çoxluq təşkil edib.
Muxtar respublikada bu ilin 8 ayı ərzində banklar və kredit təşkilatları tərəfindən verilən kreditlər iqtisadi inkişafa öz müsbət təsirini göstərib. Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 sentyabr 2020-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 201 milyon 197 min manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 milyon 465 min manat və ya 42 faiz artım deməkdir.
“Pandemiyanın Naxçıvanda özəl sektora təsiri və bununla bağlı təklif, müzakirələr” adlı tədbir Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən keçirilib.