NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “2021-2025”-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq Kəngərli rayonunda qızılgül plantasiyasının sahəsi daha da genişləndirilib. Rayonda da qızılgül sahələrinin artırılmasına xüsusi diqqət yetirilir. Təkcə ötən il rayonda 0,8 hektar ərazidə qızılgül plantasiyası salınıb. Ötən dövrdə qeyd olunan əraziyə 2300 qızılgül kolu əkilib. Rayonda qızılgül sahələrinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə 0,3 hektarlıq yeni ərazidə 600 qızılgül kolu əkilib.
Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı davamlı xarakter alıb. Yeni sənaye istehsalı müəssisələrinin yaradılması, mövcud olanların genişləndirilməsi ildən-ilə sənaye məhsullarının həcminin artması ilə müşahidə olunur. Muxtar respublikada sahibkarlığın inkişafına yaradılmış şərait nəticəsində uğurla fəaliyyət göstərən müəssisələrdən biri “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının “Cahan Çay” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Naxçıvan Muxtar Respublikasında ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. İnsanlara təbiətə qayğı hissi aşılayan yaşıllaşdırma tədbirləri, xüsusilə iməciliklərin keçirilməsi həm də kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına təkan verir.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ötən dövrdə muxtar respublikada ardıcıl şəkildə həyata keçirilməsi, bütövlükdə, sosial-iqtisadi inkişafı təmin edib, eyni zamanda, muxtar respublikada yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılıb.
Muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət daşıyır. Torpaq mülkiyyətçiləri və fermerlərin, eləcə də ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalını və bu sahəyə marağı artırır, əl əməyini yüngülləşdirir.
Hər bir ölkənin iqtisadiyyatında mühüm çəkiyə malik olan sahələrdən biri kənd təsərrüfatıdır. Əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə, həmçinin sənayenin xammala olan tələbatının ödənilməsində aqrar sahənin rolu danılmazdır. Odur ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda kənd təsərrüfatının elmi əsaslarla inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davamlı xarakter alıb.
“Mosbuild-2021” sərgisi Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Ukrayna və digər ölkə təmsilçilərinin iştirak etdiyi MDB ölkələri arasında ən böyük tikinti sərgisidir. Sərgidə tikinti və təmir materialları istehsalı üzrə 14 bölmədə məhsul nümayişi təşkil olunur.
Martın 30-da öz işinə başlayan “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 10 şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 29-da “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
24-27 mart 2021-ci il tarixlərdə Türkiyə Respublikasının Hotel Satınalma İdarəçiləri Dərnəyinin (TÜRSAD) təşkilatçılığı ilə Antaliya şəhərində “3-cü Türkiyə Turizm Tədarük Sərgisi” keçirilib. Artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqların, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir. Tədbirdə ABŞ, Polşa, Ukrayna, Azərbaycan və digər ölkələri təmsil edən 120 şirkətin nümayəndələri iştirak edib.
Muxtar respublikada əhalinin, ailə və fərdi təsərrüfatların artan tələbatı nəzərə alınaraq yerli məhsulların istehsalı və çeşidi artırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətində ətlik və yumurtalıq “Serebrist” və digər sort cücələrin satışına başlanıb.