Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

İqtisadiyyat Nazirliyinin yaradılması sosial-iqtisadi inkişaf strategiyasının mühüm mərhələlərindən biridir

İqtisadiyyat Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir.

Ardını oxu...

Muxtar respublikada sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, dövlət strukturları dünya təcrübəsinə uyğunlaşdırılmış, ümumi inkişafa xidmət edən qurumlar yaradılmışdır. İqtisadiyyat Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən struktur islahatlarının mühüm mərhələlərindən biridir.

Ardını oxu...

Ailə təsərrüfatlarına verilən kreditlər bu sahənin inkişafına təsir edib

Müasir dövr muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolununun daha da güclənməsi ilə xarakterizə olunur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada, sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Ardını oxu...

Mebelin yeni ünvanı – “Bellissa”

Əvvəllər qızımıza cehiz mebel almaq üçün Bakıya, Şəkiyə üz tutardıq... Artıq bir neçə ildir ki, muxtar respublikamızda belə keyfiyyətli avadanlıqlarla dolub-daşır dükan-bazarlarımız. Ürəyin istəyən çarpayını, divanı, stolu seçirsən, həm də sərfəli qiymətə qapınıza gətirirlər. “İndi daha yun yu, döşək sal dərdi də yoxdur. Bu fabrikdə elə gözəl döşəklər var ki, elə bil qu tüküdür”, – deyir Nəcibə nənə. Onu sevindirən isə uzaq yolların yaxınlaşması deyil təkcə. Fərəhlənir ki, daha çox seçim var burada, həm də münasib qiymətə...

Ardını oxu...

Muxtar respublikada tütün əkininə başlanılıb

Naxçıvan Muxtar Respublikasında inkişaf etdirilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir.

Ardını oxu...

Arıçılığın inkişafı üçün davamlı tədbirlər görülür

Arılar dünya iqtisadi və ekosisteminin ən vacib canlılarından hesab olunur. Bu canlılar bir tərəfdən başda bal olmaqla, arıçılıq məhsullarının yaranmasına səbəb olursa, digər tərəfdən bir çox bitkinin tozlanmasını təmin edərək onların məhsuldarlığını və keyfiyyətini artırır. Qeyd etmək lazımdır ki, çoxəsrlik tarixə malik olan arıçılıq bütün dünyada qədim məşğuliyyət növlərindən biri hesab olunur. Əhalinin məşğulluğunun təmin edilməsindəki rolu isə arıçılığın sosial əhəmiyyətini xarakterizə edən mühüm cəhətidir. Beləliklə, arıçılığın inkişafı aqrar sahədə geniş sosial-iqtisadi imkanların yaranması deməkdir.

Ardını oxu...

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılması davam etdirilir

Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837832
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
128
330
1634
2080
837832

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915