Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Şərurda kartof yığımına başlanılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada kartofçuluq daha çox Şərur rayonunda inkişaf edib. Rayonun torpaq-iqlim şəraiti bu tərəvəzin əkilib becərilməsi üçün çox əlverişlidir. Ötən il 1350 hektar sahədə kartof əkən torpaq mülkiyyətçiləri bol məhsul götürüblər. Bu il də sahələrdə kartof əkini diqqətdə saxlanılıb. Xüsusən rayonun Aralıq, Cəlilkənd, Düdəngə, Xanlıqlar və Ələkli kəndlərində kartof əkininə daha geniş yer verilib. Hazırda sahələrdə məhsul yığımına başlanılıb.

Ardını oxu...

Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Ardını oxu...

“Naxçıvan” Universitetində keçirilən konfransda İqtisadiyyat Nazirliyinin əməkdaşları iştirak edib

Mayın 26-da “Naxçıvan” Universiteti tərəfindən “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: yerli istehsal və uğurlu nəticələr” mövzusunda konfrans təşkil olunub.

Konfransı giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki,  etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib. 

Ardını oxu...

“Cahan Sənaye Kompleksi” MMC-nin yeni ofisi istifadəyə verilib

1995-ci ildən fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər  İttifaqında istehsal müəssisələrinin lazımi fəaliyyətinə böyük diqqət göstərilir. Bu sahədə görülən işlərin bir qismini də belə müəssisələrin satış mərkəzlərinin yeni ofis bürolarının yaradılmasıdır. Həyata keçirilən tədbirlərin davamı kimi, “Cahan Sənaye Kompleksi” MMC-nin Bakıdakı Satış Mərkəzinin yeni “Magna” ofisi istifadəyə verilib.

Ardını oxu...

İqtisadiyyat Nazirliyinin əməkdaşları hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi əməkdaşlarının “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri  ilə görüşü olub.

Ardını oxu...

Ailə təsərrüfatlarının yetişdirdikləri göycə məhsullarının satış yarmarkası keçirilib

Mühüm coğrafi mövqedə yerləşən ulu yurdumuz Vətənimizin ən qədim meyvəçilik regionlarından biri hesab edilir. Əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik olan diyarımızda Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunub. Mart ayının 12-də Ali Məclisin Sədri cənab Vasif Talıbov “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur

Ölkəmizdə xalçaçılıq sənətinin ən yaxşı nümunələri sırasında Naxçıvan xalçaları xüsusilə seçilib. Özünəməxsus fərqləndirici cəhətlərə malik olan bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olub.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açıb.

Ardını oxu...

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş

14 aprel 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2020-2021-ci tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş tələbələrlə növbəti görüş keçirilib.

Ardını oxu...

Muxtar respublikada xalçaçılığın inkişafı diqqət mərkəzindədir

Bu gün dünyada qədim mədəni tarixi və özünəməxsus mədəniyyət nümunələrinin çoxluğu ilə diqqəti cəlb edən ölkələr sırasında Azərbaycan xüsusi yer tutur. Ölkəmizin beynəlxalq mədəniyyət aləminə bəxş etdiyi dəyərli sənət nümunələri içərisində Azərbaycan xalçalarını ayrıca qeyd etmək lazımdır. Tarixboyu Azərbaycan xalçalarının şöhrəti ölkə sərhədlərini aşmış və mühüm sənətkarlıq nümunəsi kimi əvəz­olunmaz simvola çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837870
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
166
330
1672
2118
837870

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915