Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən, hər il iyunun 24-ü Azərbaycanda “Maşınqayırma sənayesi işçilərinin peşə bayramı” kimi qeyd olunur.
Sənaye hər bir ölkədə iqtisadiyyatın aparıcı sahəsi hesab olunur. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Cari ilin yanvar-may aylarında iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində mövcud layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyev iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları da var.
2021-ci ilin iyunun 9-da - Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxtanın istifadəyə verilməsi nəinki Naxçıvan, bütün ölkəmiz üçün əlamətdar hadisə oldu. Qeyd edək ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaq.
Muxtar respublikada 2021-ci ilin yanvar-may aylarında 1 milyard 24 milyon 906 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2218,9 manata çatmışdır.
Ölkəmizin sosial-iqtisadi inkişafına töhfələrini verən Naxçıvan Muxtar Respublikası gündən-günə öz potensialını artırmaqdadır. Sosial-iqtisadi inkişafı, hərbi qüdrəti, siyasi sabitliyi və digər keyfiyyətləri ilə diqqəti cəlb edən muxtar respublika iqtisadiyyatın sahə strukturunda balanslaşdırılmış, biri-biri ilə əlaqəli və bir-birinin inkişafına təkan olacaq intibahla iqtisadiyyatın diversifikasiyasına stimul vermişdir.
Gənclər və İdaman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən "Xəmsə" Milli İntellektual Oyununda İqtisadiyyat Nazirliyinin komandası uğurla çıxış edib.
Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu birlik ailəni təşkil edən fərdlərin ayrı-ayrılıqda əməyinin birgə hədəfə yönləndirildiyi bir təsərrüfat formasıdır. Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir. Ailə təsərrüfatlarının üstün xüsusiyyətləri ondan ibarətdir ki, kənd yerlərində məskunlaşan ailələrin istehsal etdiyi məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Bu da ailələrin sosial rifah halının yaxşılaşması ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının inkişafına öz təsirini göstərir.
Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözlə, Tanrı bu diyara bir-birindən dəyərli, faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri var.
Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin dünyaya gəlişi ilə əlamətdar olan may ayı bu il dahi öndərin siyasi irsinin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına on beşinci səfəri ilə muxtar respublikamız üçün ikiqat siyasi, tarixi mahiyyət və dəyər kəsb edir. Ölkə başçımızın bu səfəri ümummilli liderin tarixi zəfər sonrası ilk doğum gününü Naxçıvanda qeyd etməsi ilə tarixə yazıldı. Eyni zamanda Naxçıvanın inkişaf və sabitlik diyarına çevrildiyini, çoxcəhətli və dinamik inkişafı ilə liderliyini bundan sonra da qoruyub saxlayacağını təsdiqləməsi ilə də tarixləşdi.
1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtmış, müstəqilliyimizi və dövlətçiliyimizi xilas etmişdir. Həmin gün ölkəmizin taleyində dönüş anı olmuş və böyük Qurtuluşa doğru mühüm addım atılmışdır. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirmiş, xalqımızı nicat yoluna çıxarmışdır.