Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

İqtisadiyyat Nazirliyinin əməkdaşları COVID-19 əleyhinə vaksinasiyaya cəlb olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları  COVID-19 əleyhinə vaksinasiyaya cəlb olunub.

Ardını oxu...

Ali Məclis payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirib

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

Ardını oxu...

Dövlət dəstəyi ailə təsərrüfatlarını daha da genişləndirməyə imkan verir

2021-ci ilin ötən dövrü ərzində rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin qurulması istiqamətində tədbirlər davam etdirilmiş, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 72 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 49 sahənin yaradılması davam etdirilib. Bu dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye inkişafı üçün 3 layihənin maliyyələşdirilməsinə 115 min manat,  kənd təsərrüfatının inkişafı məqsədilə 79 layihənin maliyyələşdirilməsinə 2 milyon 233 min 478 manat, xidmət sahəsinin inkişafı məqsədilə 1 layihənin maliyyələşdirilməsinə 27 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.  

Ardını oxu...

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  01-15 sentyabr  tarixlərində keçiriləcək məktəbli yarmarkası Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi Bazarda, həmçinin rayon mərkəzlərində təşkil olunacaq. Hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

Ardını oxu...

Əhalinin etibarlı ərzaq təminatında soyuducu anbarların mühüm rolu var

Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir göstərməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.

Ardını oxu...

Naxçıvan şəhəri və rayon mərkəzlərində keçiriləcək məktəbli yarmarkaları ilə bağlı Elan

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi Bazarda, həmçinin rayon mərkəzlərində 01-15 sentyabr 2021-ci il tarixlərdə keçiriləcək məktəbli yarmarkasına muxtar respublika əhalisi dəvət edilir.

Məktəbli yarmarkası hər gün saat 900-dan 1400-dək əhaliyə xidmət göstərəcəkdir.

Ardını oxu...

İqtisadiyyatın dinamik inkişafı cari ilin ötən dövrü ərzində də davam etdirilib

Muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafı 2021-ci ilin ötən dövrü ərzində də davam etdirilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşmış, yerli sahibkarlığın inkişafı yolu ilə yеni iş yеrləri аçılmış, əhаlinin mаddi-rifаh hаlı yüksəlmişdir.

Ardını oxu...

Cari ilin ötən dövrü ərzində Naxçıvanda 72 istehsal müəssisəsi yaradılıb

Sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə hər bir rayonun istehsal potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişaf etdirilməsi mühüm şərtdir.

Məlum olduğu kimi, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu məqsədlə muxtar respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz sahibkarlığın inkişafı təşkil edir.

Ardını oxu...

İqtisadiyyat naziri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində yerli istehsal məhsullarının sərgiləndiyi Naxçıvan Biznes Mərkəzi ilə tanış olub. Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, Mərkəz muxtar respublikanın biznes mühitinin və istehsal imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir.

Ardını oxu...

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı tədbirlər davam etdirilir

Muxtar respublikada cari ilin ikinci rübü ərzində meyvəçiliyin inkişafına maliyyə dəstəyi davam etdirilib, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bağçılığın inkişafı məqsədilə 2 layihə üzrə 46 min manat, daxili tələbata uyğun yüksək məhsuldarlığa və intensiv üsullara əsaslanan tingçilik təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə bir layihəyə 5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilibdir.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837805
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
101
330
1607
2053
837805

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915