Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Tələbə iqtisadçılarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət  Universitetinin “İqtisadiyyat” və “Menecment” ixtisasının tələbələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə universitetin dekanı Əşrəf Ələkbərov açaraq tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.

Ardını oxu...

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Ardını oxu...

Sərgilər yeni tərəfdaşların axtarışında səmərəli vasitədir

Son illər muxtar respublikada emal və istehsal müəssisələrinin sayının artması regioanumuzda sahibkarlıq fəaliyyətinə geniş yer verilməsinin göstəricisidir. Bu  müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlarla daxili bazarla kifayətlənməyərək həm də rəqabətdavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.

Ardını oxu...

Əhalinin quş ətinə olan tələbatı yerli imkanlar hesabına ödənilir

Muxtar respublikada quşçuluq təsərrüfatının fəaliyyəti genişləndirilir. Belə ki, artıq quş ətinə olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada daxili bazarı yüksək keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri olan “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cari ilin ötən dövrü ərzində 3 partiya olmaqla 101 min baş broyler cücə müəssisəyə gətirilmişdir.

Ardını oxu...

Sahibkarlara yeni layihələr təqdim olunub

Sentyabrın 24-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şərur Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və muxtar respublikada reallaşdırılması səmərəli hesab edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.

Ardını oxu...

Səfir Serxio Osvaldo Perez Qunella: “Naxçıvanı gördükdən sonra bir daha əmin oldum ki, Azərbaycan tarixində, azərbaycanlıların həyatında bu diyar olduqca önəmlidir”

Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella sentyabrın 22-də muxtar respublikamıza səfər edib. Diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Sonra səfir Heydər Əliyev Muzeyini ziyarət edib. Mədəniyyət ocağı ilə tanışlıq zamanı qeyd olunub ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər tarixi sənədlər qorunub saxlanılır.

Ardını oxu...

İqtisadiyyat Nazirliyinin əməkdaşları tələbələrlə görüş keçirib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş təşkil edilib.

Ardını oxu...

Soyuducu anbarlara alma məhsulunun tədarükünə başlanılıb

Muxtar respublikada əhalinin keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə  təmin olunmasında soyuducu anbarların mühüm rolu var. Çünki bu anbarların gücündən tam istifadə olunmaqla bazarda bolluq yaradılır, ilin bütün fəsillərində davamlı olaraq daxili bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin edilir.

Ardını oxu...

“Araz-3” MMC-nin istehsal imkanları artır

Bu gün yerli istehsal hesabına ərzaq məhsullarının artımı hər bir dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən əsas şərtləri sırasında yer alır. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, rəqabətə davamlılığı, ixrac potensialının artırılması yerli və keyfiyyətli məhsulların istehsalından birbaşa asılıdır.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837788
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
84
330
1590
2036
837788

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915