Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb.
İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan MuxtarRespublikasında da bu gəlirli sahənin inkişafı üçün 2017-ci ildən başlayaraq Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrində tütün əkilir.
Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı diqqət mərkəzində saxlanılır, xüsusilə payız-qış mövsümündə bu istiqamətdə mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük оlunması məqsədilə sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılmış, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş meyvə və tərəvəz məhsullarının anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilmiş, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilmişdir.
9-13 oktyabr 2021-ci il tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən TÜYAP Sərgi Mərkəzində “İNTERMOB – 23-cü Beynəlxalq Meşə məhsulları və taxta işləmə texnologiyaları sərgisi” keçiriləcəkdir. Sərgidə Avstriya, Çin, Almaniya, İtaliya, Polşa, Rusiya kimi ölkələr olmaqla 35 ölkədən 804 iştirakçı şirkətlər məhsullarını nümayiş edəcək və 80.000-dən artıq ziyarətçinin sərgiyə qatılacaq.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin nazirliyə hamiliyə verilmiş ixtisaslarında təhsil alan startapçı tələbələri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə fakultənin dekanı Əşrəf Ələkbərov açaraq startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışıb.
Bu gün muxtar respublikada iqtisadi inkişafın səmərəliliyinin artırılmasında keyfiyyət əsas meyar kimi qəbul olunur. Buna görə də daxili bazarın qorunması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarəti diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Universitetinin “İqtisadiyyat” fakultəsinin tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında seminar baş tutub. Seminarın əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması, təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq və təkmilləşdirməkdir.
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Ticarət Sənaye Palatası ilə Macarıstan İxracın Təşviqi Agentliyinin təşkilatçılığı ilə biznes forumu keçirilib.
Muxtar respublikada 2021-ci ilin yanvar-avqust aylarında 1 milyard 878 milyon 670 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.