Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Ordubad rayonunun Dırnıs kəndi abadlaşan kəndlər sırasına qoşulub

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə  yetirilsin”. Muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları, planları artıq reallığa çevrilmiş, Naxçıvan onun yolu ilə gedərək tərəqqiyə qovuşmuşdur. Muxtar respublikanın  digər bölgələri kimi Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun hərtərəfli dövlət qayğısı ilə əhatə olunan və böyük turizm potensialı olan  yaşayış məntəqələrindən biri də Dırnısdır. Kənddə geniş tikinti-quruculuq işləri aparılmış, əhali rahatlığına xidmət edən sosial obyektlər tikilmişdir.

Ardını oxu...

“FAW Group Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Dekabrın 1-də “FAW Group Corporation” şirkətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində yerli istehsal məhsullarının sərgiləndiyi Naxçıvan Biznes Mərkəzi ilə tanış olub. Tanışlıq zamanı nümayəndə heyətinə məlumat verilib ki, Mərkəz muxtar respublikanın biznes mühitinin və istehsal imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Burada qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri haqqında məlumat alan nümayəndə heyəti yüngül və ağır sənaye, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə, muxtar respublikanın ixrac potensialı ilə xüsusilə maraqlanıb.

Ardını oxu...

Sahibkarlığın inkişafına diqqət göstərilir

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişafstrategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün genişimkanlar açmışdır. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılmış, biznessubyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilmiş, əlverişli investisiya mühiti yaradılmışdır. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür.

Ardını oxu...

2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Muxtar respublikada 2021-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 355 milyon 837 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 5097 manata çatmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 24-də “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­­səsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

Ardını oxu...

Tələbə iqtisadçılarla növbəti görüş keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat” fakültəsinin tələbələri ilə görüşü olub. Görüş Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq təşkil edilib.

Ardını oxu...

Ərzaq məhsullarının keyfiyyəti diqqət mərkəzində saxlanılır

Son illər Naxçıvanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçı hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqano­leptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanmasıdır. 

Ardını oxu...

Sahibkarlığın uğurlu forması – Ailə təsərüfatları

Yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan Dövlət proqramları əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, şəhər və rayonların hərtərəfli tərəqqisinə yol açır. Muxtar respublikanın davamlı, sürətli inkişafı təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. İşgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, əhalinin yüksək məşğulluğunun təmin edilməsi təkcə mərkəzdə deyil, bölgələrimizdə də öz bəhrələrini verir.

Ardını oxu...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilib

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarına geniş fəaliyyət imkanları açılıb. Bu sahənin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir.

Ardını oxu...

3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulub.

Ardını oxu...

 
Yanvar 2025
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
837594
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
220
300
1396
1842
837594

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915