Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Müstəqillik illərində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Ulu öndərin siyasətinin uğurla davam etdirilməsi qədim diyarı inkişafının yeni mərhələsinə yüksəltmiş, həyata keçirilən quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvanlıların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliklərinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunun Uzunoba kəndində torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib. Tədbiri Babək Rayon İcra Hakmiyyətinin əməkdaşı Budaq Yusifov açaraq rayonda aqrar sahənin inkişafı istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Bu gün ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu var. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan verib.
Muxtar respublikada güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb. Bu müddətdə dövlət proqramlarının, iri layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir.
Muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolu böyükdür. Buna görə də son illər ailə təsərrüfatları inkişaf etdirilir, onların kiçik biznes subyektinə çevrilməsi məqsədilə dəstəkləyici tədbirlər həyata keçirilir. Bu da sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Naxçıvan, 7 yanvar, AZƏRTAC
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva deyib. O qeyd edib ki, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə sahibkarlarımızın istehsal etdikləri məhsulların sərgilənməsi, xarici iş adamları ilə qarşılıqlı münasibətlərin yaradılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsas məqsəd yerli məhsullarımızı təbliğ etmək və həmin məhsulların ixrac imkanlarının artmasından ibarətdir.
Muxtar respublika iqtisadiyyatının hazırkı inkişaf mərhələsində qarşıda duran vacib vəzifələrdən biri də beynəlxalq tələb və formalara cavab verən yüksək keyfiyyətli məhsulların istehsalının təşkili və regionun ixrac potensialının gücləndirilməsidir. Bu məsələ həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə sahibkarlarımızın istehsal etdikləri məhsulların sərgilənməsi, xarici iş adamları ilə qarşılıqlı münasibətlərin yaradılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsas məqsəd yerli məhsullarımızı təbliğ etmək və həmin məhsulların ixrac imkanlarının artmasından ibarətdir.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası bu sahənin inkişafına stimul yaratmışdır. 2017-2021-ci illər ərzində 243 ailə təsərrüfatına 3 milyon 185 min 500 manat, 2021-ci ildə 76 təsərrüfata 1 milyon 216 min 400 manat güzəştli kreditlər verilmişdir. Ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaratmışdır.
Muxtar respublikada 2021-ci ildə iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmiş, yüksək nəticələr qazanılmış, dövlət proqramlarının və iqtisadi layihələrin icrası uğurla davam etdirilmişdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında iqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib. Nazir vurğulayıb ki, cari ildə 1436 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla soyuducu anbarlara, ümumilikdə 8713 ton meyvə-tərəvəz məhsulları tədarük olunub.